Dünya futbolu

Halldorsson: “Kim səhv edirsə, o da kənarda qalır”

“Qarabağ”ın islandiyalı qapıçısı Hannes Halldorsson ölkə mətbuatına müsahibə verib. İslandiya millisinin üzvü mövsümün ilk yarısını dəyərləndirib:

“Müqavilə bağlananda baş məşqçi mənə komandada iki qapıçı olacağını dedi. Daha sonra isə mən zədələndim. Ona görə bir qapıçı daha transfer edildi. Təbii ki, bu, lüzumsuzdur. Start heyətdə kimin başlayacağı bilinmir. Kim səhv edirsə, o da kənarda qalır”

Təcrübəli qapıçı Avroliqanın qrup mərləsində “Sportinq”ə qarşı keçirdiyi qarşılaşma bərəsində də danışıb:

“Mövsümə çox istəkli başlamışdım. Həmin matçda çox zəif çıxış etdim. Və 6 qol buraxdım. O oyundan sonra bir də meydana çıxmadım”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43