Dünya futbolu Kateqoriyasız

Halldorsson: “Qarabağ”da qapıçı mövqeyində güclü rəqabət var”

Hannesin qapısını qoruduğu İslandiya məğlub olub.

“Qarabağ”ın oyunçusu Hannes Halldorssonun qapısını qoruduğu İslandiya millisi doğma meydanda İsveçrəyə 1:2 hesabı ilə məğlub olub. Oyundan sonra açıqlama verən Halldorsson “Qarabağ”da ehtiyatda qalmasının millidəki performansına təsir etmədiyini bildirib:

“Hazırda “Qarabağ”da qapıçı mövqeyində böyük rəqabət var. Rəqabətin olması təbii ki, oyunçuların xeyrinə olur. Düşünmürəm ki, orada davamlı oynamamağım millidəki oyunlarıma pis təsir edir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43