Dünya futbolu

Halldorssonun yeni klubu bəlli oldu

“Qarabağ”la vidalaşan İslandiya millisinin qapıçısı Hannes Halldorssonun yeni klubu müəyyənləşib.

Təcrübəli qapıçının yeni ünvanı  İslandiyanın “Valür” klubudur. O, Reykyavik təmsilçisinə azad agent kimi keçəcək. İslandiyada yeni mövsümə aprelin 27-də start veriləcək. Məhz bu səbəbdən, Halldorsson Azərbaycan klubu ilə yollarını indidən öz istəyi ilə ayırıb.

“Valür” ilk turda “Vikinqur”u qəbul edəcək. Həmin gün bu qapıçının 35 yaşı tamamlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43