Ölkə futbolu

“Hamı Azərbaycanın sürpriz edə biləcəyinə inanır” – Prosineçki

"Dünya çempionatının seçmə qrup mərhələsinə start veriləndə heç kəs bizdən bu nəticəni gözləmirdi".

İdmanxeber.com-un məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki İngiltərənin "The Times" nəşrinə açıqlamasında deyib.

Xorvatiyalı baş məşqçi komandanın uğuru üçün çox işləməyin lazım olduğunu bildirib: "Bir neçə oyunçunu dəyişdik. İnanırdıq ki, yaxşı nəticə əldə edəcəyik. Biz çox, lap çox işləyirik. Futbolçularıma inanıram. İndi hər kəs Azərbaycanın sürpriz edə biləcəyinə inanır. Bu nəticələr təsadüfi deyil. Mən və köməkçilərim komandanın müdafiə olunmasını deyil, futbol oynamasını istəyirik".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43