Kateqoriyasız

“Hamınız bizi sorğu-sual edirsiniz” – Stanislav Çerçesov

“Ferentsvaroş”un baş məşqçisi Stanislav Çerçesov Macarıstanda “Qarabağ”a 1:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransından sonra jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.az-ın məlumatına görə, rusiyalı mütəxəssis bunları deyib:

“Əslində oyuna pis başladıq, pis də qurtardıq. Fikrimizcə, biz udmalı idik. Amma praktikada bunu bacarmadıq. Biz komanda şəklində uduzduq. Xüsusilə çox top itkilərinə yol verdiyimiz üçün məğlub olduq”.

O, “Qarabağ”ın çox güclü komanda olduğunu vurğulayıb: “Hücumda əla oynadılar. Məğlubiyyəti daha çox bununla əlaqələndirərdim. Rəqib qələbəyə layiq idi. Biz də yaxşı komandayıq. Sadəcə, alınmadı. Hamınız bizi sorğu-sual edirsiniz. Bu, sizin işinizdir. Bizim işimiz isə səhvlərdən nəticə çıxarmaqdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43