09 Avqust 2020
Kateqoriyasız

Hannes Halldorsson: “Mərhələ adlamaq şanslarımız qalır”

“Çətin oyun oldu. Rəqib sürətli əks hücumlara çıxırdı”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın qapıçısı Hannes Halldorsson Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində doğma meydanda BATE-yə minimal hesabla məğlub olduqları oyundan sonra deyib. 

Təcrübəli qolkiper matç haqda fikirlərini bildirib: “Təəssüf ki, ilk qolu rəqib vurdu və biz fərqlənə bilmədik. Bu da bizim işimizi çətinləşdirdi.  Ancaq hələ heç nə başa çatmayıb. Növbəti oyuna ciddi hazırlaşacağıq və qalib gəlmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.  

İslandiyalı əlcək sahibi cavab oyunu haqda danışıb: “Əlbəttə, bizi səfərdə çətin oyun gözləyir.  Rəqibin üstünlüyü var.  Ancaq məğlub olmaq niyyətimiz yoxdur.  Hücumlar edəcəyik və istədiyimiz nəticəyə nail olmağa çalışacağıq. Mərhələ adlamaq şanslarımız qalır”.  

Hannes “Qarabağ”dakı debütündən danışıb: “Hər şey inanılmazdır. Məğlub olmağımıza baxmayaraq, azarkeşlər bizə dəstək verirdi. Burada ilk oyunum idi və qarşılaşmanın ab-havasından həzz aldım”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Bakıda UEFA seminarı

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Keşlə” yeni transferini açıqladı

admin