Dünya futbolu

Hannes Halldorsson: “Vaxtım olanda film ssenarisi yazıram”

“Qarabağ”ın islandiyalı qapıçısı Hannes Halldorsson ölkəsinin mətbuatına müsahibə verib.

35 yaşlı qolkiper Antalya toplanışı zamanı  boş vaxt tapan kimi ssenari yazdığını bildirib:

“Vaxtım olanda otağıma gedib, qapını bağlayıb  film ssenarisi yazıram. Bu, hadisələrin İslandiya kəndlərinin birində yerləşən fermada baş verdiyi qeyri-adi triller olacaq. Ümid edirəm ki, bir neçə ildən sonra Polşadakı bir festivalda filmi izləyə biləcəksiniz”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43