Kateqoriyasız

“Hapoel”lə müqaviləm ləğv edilsə də…” – “Turan Tovuz”un legioneri

“Turan Tovuz”un legioneri Siyanda Xulu xarici ölkə mətbuatına açıqlama verib.

İdmanxeber.az xəbər verir ki, 30 yaşlı müdafiəçi Azərbaycan klubuna keçidi haqda fikirlərini söyləyib:

“Bu yaşda Cənubi Afrikaya qayıtmaq fikrim yox idi. “Hapoel”lə müqaviləm ləğv edilsə də, Avropada oynamaq istəyirdim. Yeni yer tapdığım üçün çox xoşbəxtəm.

Bu, asan olmayacaq. Mənim üçün yeni mühit, liqa və mədəniyyədir. Həm özüm, həm də klubum üçün uğurlu mövsüm gözləyirəm”.

Xulu bu ilin yayında “Turan Tovuz”la 1 illik müqavilə imzalayıb. Müdafiəçi Premyer Liqada 3 oyuna çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43