18 Oktyabr 2021
Kateqoriyasız

“Qarabağ” Bakıda yoxlama oyunu keçirəcək

İyunun 17-dək Bakıda təlim-məşq toplanışında olacaq “Qarabağ” yoxlama oyunu keçirəcək.

İdmanxeber.az-ın klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi “Səbail”lə qarşılaşacaq. İyunun 15-də “Azərsun Arena”da oynanılacaq qarşılaşma saat 18:00-da start götürəcək.

Qeyd edək ki, hazırlığın ikinci mərhələsi üçün iyunun 18-da Avstriyaya yollanacaq “Qarabağ” 2 həftəlik toplanış çərçivəsində 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Ağdam təmsilçisi iyunun 22-də Bolqarıstanın “Ludoqorets”, iyunun 25-də Rumıniyanın “Krayova”, iyunun 28-də Rusiyanın “Ufa”, iyulun 2-də isə Çexiyanın “Viktoriya” komandası ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Öz dünya çempionatımızı yaradarıq” – Peresdən UEFA-ya mesaj

admin

Mirabdulla Abbasov Polşa klubuna keçə bilər

admin