Kateqoriyasız

“Qarabağ” – “Neftçi” oyununun biletləri sabah satışa çıxarılacaq

Premyer Liqanın IV turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Neftçi” matçının biletləri sabahdan etibarən satışa çıxarılacaq.

İdmanxeber.az Ağdam klubunun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, qiyməti 1 manat təşkil edən biletləri sabah saat 17:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassasından əldə etmək olar.

Hazırda stadionun kassalarında UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda Ağdam təmsilçisinin İspaniya “Sevilya”sı ilə görüşünün bilet satışı davam etdiyi üçün kassaların yalnız birində bu matçın biletləri satışa çıxarılacaq.

Qeyd edək ki, sentyabrın 15-də keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 20:30-da başlayacaq.

Oxşar xəbərlər

Millimizin baş məşqçisi vəzifəsinə 32 namizəd – Rəsmi

admin

“Qarabağ”ın “ahı” “Sevilya”nı tutdu

admin

“Qarabağ” – “Linfild” oyununa nə qədər bilet satılıb?

admin