16 Sentyabr 2024
Ölkə futbolu

“Harada səhv etdiyimi deməyəcəm” – Şahin Diniyev

“Dramatik oyun oldu. Kuboka layiq futbol getdi. Hər iki komanda qələbəyə layiq idi. Optimal heyəti tapmaq üçün neçə oyundur çətinlik çəkirdik. Bu gün tapdıq optimal heyəti. Hələ heç nə bitməyib. Birinci hissə qutardı, ikinci yarı Zirədə olacaq. Komanda ikinci hissədə yaxşı oynadı. İndiyə qədər hücumda bu qədər fəal oynamırdıq. Stabil heyətin tapılmaması oyunumuza təsir edirdi. Fasilədən sonra hücumda idik. Bəsit qollar buraxırıq, məni narahat edir. Gələcəyə nikbin baxmaq üçün nəsə var. Komanda düz yoldadır. Daha yaxşı olacağıq. Davamı Zirədə olacaq. Çalışacağıq ki, əvəzini çıxaq. Rəqibə çempionatda uğurlar arzulayıram”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “dənizçilər”in baş məşqçisi Şahin Diniyev “Zirə” ilə Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk matçından sonra keçirilən mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:

“Cavab görüşündə bir qol oyunun taleyini həll edib, uzatmalara apara bilər. Çox da şanssız deyilik. Şansımız daha çoxdur. İkinci yarıdakı oyunumuz cavab matçına nikbin baxmağa imkan verir. Bəzi səhvlər etdim. Amma bu, mənim üçün vacib idi. Gələcək oyunlara fokuslanmaq üçün lazım idi. Amma harada səhv etdiyimi deməyəcəm. Bu oyun, səhv bizə çox şey verəcək. Oyunumuzu, heyətimizi tapmaq üçün bizə vacib idi. Limit var. Masike və Ketanı meydanda görməliydim. İlk dəqiqələrdən onların performansını görməliydim. Anas Najahı sağ cinaha atdıq. Düz deyildi. Amma etməliydik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43