Dünya futbolu

Hava şəraiti “Qarabağ”ın planını pozmadı

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” hazırlığın on birinci gününü tək məşqlə başa vurub.

İdmanxeber.com-un məlumatına görə, günorta saatlarında hava şəraiti kəskinləşsə də, bu, komandaya mane olmayıb. Axşam yerli saatla 19:00-da start götürən çalışma təxminən 1 saat 20 dəqiqə davam edib.

Qeyd edək ki, “Qarabağ” sabah təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama görüşündə Rusiyanın “Dinamo” (Moskva) klubuyla qarşılaşacaq. Matç yerli vaxtla saat 18:00-da (Bakı vaxtıyla 20:00) start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43