Ölkə futbolu

“Hava şəraiti və meydança amili oyuna təsir edirdi” – Qurban Qurbanov

“Bütün naxçıvanlılara təşəkkür edirəm. Oyunboyu motivasiya verdilər. Azarkeşlərə təşəkkür edirəm. Uzun məsafəni qət edib, dəstək oldular. Komandanı təbrik edirəm. Üç dəfə ardıcıl bu uğura iyələnmək hər ir komandanın arzusudu. “Qəbələ” komandasına da təşəkkür edirəm. Mövsüm boyu çətin oyunlarımız oldu”

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşçisi Qurban Qurbanov deyib.

Azərbaycan Kuboku finalında “Qəbələ”ni məğlub edən (2:0) ağdamlılar ardıcıl üçüncü dəfə Azərbaycan Kubokuna yiyələnib. Oyundan sonra “Qarabağ”ın baş məqşçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

– Bu gün “Qarabağ” “Qəbələ”ni nədə üstələdi?

– Nəsə demək bəlkə də, doğru çıxmaz. Biz əlimizə düşən fürsətlərdən istifadə etdik. Qol epizodlarımız daha çox oldu, hücumlarımız daha tez qururduq. Buna baxmayaraq, hava şəraiti və meydança amili təsir edirdi, çətinlik yaradırdı.

 

– Bugünkü qələbəni, cari mövsümdəki "qızıl dubl"u kimə həsr edirsiz?

– Bu bizim işimizdi, Öz komandamıza, öz qarabağlılarımıza həsr edirəm

 

– Hansı mövqeyə futbolçu transfer etməyi düşünürsüz?

– Transfer edəcəyik, imkanımız çərçivəsində futbolçu sayını artıracağıq. Danışıqlar gedir. Bizim üçün çətin osla da, axtarışlarımız avam edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43