Dünyadan

Hayroviçin “Qalatasaray”da qazanacağı məbləğ açıqlandı – RƏSMİ

“Qalatasaray” İsveçrənin “Qrashopper” klubunun üzvü İzzət Hayroviçin keçidini rəsmiləşdirib. 

22 yaşlı yarımmüdafiəçi ilə 4.5 illik müqavilə imzalanıb.

Bonsiyalı futbolçuya görə “Cim-Bom” İsveçrə klubuna 3.5 milyon avro ödəyəcək. Futbolçu isə hər mövsümə 1,1 milyon avro və hər oyun üçün 10 min avro qazanacaq. 

2013-2014 mövsümünün qalan hissəsi üçün isə futbolçuya 550 min avro və hər oyun üçün 10 min avro ödəniləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43