Dünya futbolu

Hazard: “Bəzən qalmaq, bəzən də getmək istəyirəm”

Belçikalı gələcək karyerası barədə İngiltərə mətbuatına danışıb.

“Çelsi”nin belçikalı ulduz futbolçusu Eden Hazard karyerasını İspaniyada davam etdirəcəyi barəsində çıxan söz-söhbətlərə münasibət bildirib. Ulduz oyunçu hazırda çox qərarsız olduğunu bildirib:

“Çelsi”də çox xoşbəxt olduğumu deyə bilərəm. Müqaviləmin sonuna qədər burada qalmağı düşünürəm. Ancaq açığı deyim ki, hərdən çox qərarsızlıq yaşayıram. Bəzən qalmaq, bəzən də getmək istəyirəm. Hazırda azarkeşlər məni, mən də onları çox sevirəm. Gələcəkdə nə olsa da, onlarla mənim aramda olan münasibət dəyişməyəcək”.

Qeyd edək ki,  İspaniya mətbuatında Eden Hazardın yanvar ayında “Real”a keçəcəyi barədə xəbərlər yayılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43