Kateqoriyasız

Hazarddan Sarriyə dəstək: “Onun məndə əməyi böyükdür”

Premyer Liqanın sonuncu turunda “Siti”yə 6:0 məğlub olan “Çelsi”də hədəf taxtası italiyalı mütəxəssis Sarridir.

Ada mətbuatında tənqid atəşinə tutulan təcrübəli çalışdırıcıya komandanın belçikalı ulduzu Eden Hazarddan dəstək gəldi. Belçikalı onun böyük məşqçi olduğunu bildirərək Sarriyə dəstək olub:

“Bugünkü vəziyyətə gəlməyimdə Sarrinin böyük əməyi var. Onun futbola baxış bucağı mənim inkişafımda böyük rol oynayıb. Mənim üçün Mourinyo da özəl biridir. Ancaq Sarrinin də az əməyi olmayıb”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43