Ölkə futbolu

Həbs olunan Eliko Ləzginçikdən anası bu gün xəbər tutub.

Premyer Liqanın IV turunda keçirilən “Xəzər Lənkəran” – “Neftçi” oyununda baş verən olaylardan sonra tutulanlar arasında Qusar rayon sakini 1994-cü il təvəllüdlü Elman Davud oğlu Tağıyev də var. 

Futbolpress.az saytına istinadən verdiyimiz məlumata görə, Eliko Ləzginçik kimi tanınan bu şəxs Qusardan Lənkərana qonaq gedib, oradan isə sözügedən oyuna baxmağa yollanıb. 

Ümumiyyətlə, Eliko “facebook”da “Xəzər Lənkəran” azarkeşləri arasında çox məşhurdu və o, məhz Rahid Əmirquliyevin fanatı olduğu üçün tez-tez Lənkərana gedir. Onun saxlanılmasından sonrakı vəziyyəti haqda hələ heç bir məlumat əldə edə bilməmişik. Hər halda cinayət işi açıldığı bildirilir. Ancaq izahat alınıb-alınmadığı barədə xəbər verilmir.

Elikonun atası yoxdu, anası Emilya Şərifova yalnız bu gün Qusar rayon poliş şöbəsinə gedərək oğlunun harada olmasını öyrənə bilib. Lənkəran rayon polis idarəsi ilə əlaqə qurmaq mümkün deyil. Az sonra Elikonun anası Emilya xanımdan aldığımız açıqlamanı saytda yerləşdirəcəyik. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43