Kateqoriyasız

“Heç bilmirəm ki, buna necə cavab verim” – Geye

“Qarabağ”ın hücumçusu Maqaye Qeye Azərbaycan Premyer Liqasının II turunda “Qəbələ”yə evdə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibə verib…

– Bu gün də bir qol vurdun. Tam formaya düşmüsən? Əsl Qeyeni nə vaxt görəcəyik?
– Bura gələndə təbii ki, tam formada deyildim. Artıq yavaş-yavaş əvvəlki formamı bərpa etməyə başlamışam. Əsas odu ki, baş məşqçi də mənə güvənir, şans verir. Buna görə də məmnunam və çox xoşbəxtəm.

– “Linfild”lə matçın 90+3-cü dəqiqəsində penaltini “panenka” stili ilə vurmağın təəccübləndirdi. Özünə bu qədər əmin idin? Sonradan peşman olmadın ki, birdən epizodu qaçıra da bilərdim…
– Heç bilmirəm ki, buna necə cavab verim. Özümə güvənirdim.

– “Linfild”lə ev matçı barədə necə düşünürsən? Rəqib ilk oyun standart vəziyyətlərdən iki qol vurdu. Buna qarşı planınız var?
– Səfər oyunları həmişə qəliz olur. Çox qol vəziyyətləri olmadı. İki qolu standart vəziyyətlərdən vurdular. Ev matçında bununla bağlı ehtiyatlı olmalıyıq.

– Son dəqiqədə vurduğun qol “Qarabağ”ın şansını daha da artırdı?
– İki qol vurduğumuza görə, cavab oyununda imkanlarımız qalır. Öz komanda yoldaşlarıma inanıram.

– Zədəli və cəzalı futbolçular olmasaydı, “Linfild”i məğlub edə bilərdiniz?
– Səmimi deyim ki bilmirəm necə olardı. Demək olar ki, komandada bütün futbolçular eynidi bizim üçün. Qarşıdakı oyuna köklənirik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43