Dünya futbolu

“Heç bu barədə danışan yoxdur” – Simeone

“Atletiko” İspaniya kubokunun 1/4 final mərhələsində “Real”a :1:3 hesabı ilə məğlub olub.

İdmanxeber.az-ın məlumatına görə, komandanın baş məşqçisi Dieqo Simione oyunun ardından mətbuat konfransı keçirib. O, komandasından çıxışından razı qaldığını bildirib:

“Düşünürəm ki, 70-ci dəqiqəyə qədər çox yaxşı oynadıq. Sonra Sebalyos qaydanı pozdu və nədənsə ona ikinci sarı vərəqə göstərilmədi. Heç bu barədə danışan da yoxdur. Həmin vaxt hesabda 1:0 irəlidi idik. Əgər rəqib bir nəfər az oynasaydı, üstünlük bizdə olacaqdı. Ancaq Saviçə dərhal “qırmızı” verildi. Biz azlıqda qaldıq. Yenə də “Atletiko” əla oyun nümayiş etdirsə də, azlıqda üstünlüyü qorumaq çətin idi. Buna baxmayaraq, əsas vaxt heç-heçə bitdi və komanda mənim görmək istədiyim oyunu göstərdi. Mən çox məmnunam, çünki oyunçuların nə qədər səy göstərdiyini və komandanın necə təəssürat mübarizə apardığını gördüm”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43