Ölkə futbolu

“Heç-heçə ədalətli nəticədir” – Vüqar Əsgərli

“Hər iki komanda 4-5 tur idi qələbəyə həsrət qalmışdı. Əvvəldən mübarizəli oyun keçəcəyini bilirdik. Bundan sonra bizim üçün bütün matçlar finaldır. Sırf rəqibə görə hazırlaşmışdıq. Evdə necə müdafiə olunduqlarını bilirdik. Futbolçularımız bütün tapşırıqları yerinə yetirdilər. Layiqli 1 xal qazandıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli “Turan Tovuz” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

Bizim üçün ən pis halda bir xal da dəyərlidir. Amma biz bütün oyunlara qələbə üçün çıxırıq. Düşünürəm ki, heç-heçə ədalətli nəticədir.

Şamaxıda qalırıq. Məşqdən başqa işimiz yoxdur. Sırf bunun üzərində də məşq edirik. Növbəti tur “Sumqayıt”la  evdə oynayacağıq. Çalışacağıq ki, qələbə qazanaq. Vaxtımız azdır. Biz məşqçilərin işi çətindir. Həm öz oyunumuzu, həm rəqibi təhlil etməliyik. Futbolçularımızla fəxr edirik. Onların üzərinə böyük iş düşür. Sevinirik ki, oyundan-oyuna özlərini daha yaxşı göstərirlər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43