Premyer Liqa

“Heç-heçə bizə çox lazım idi”

Premyer Liqanın VII turunda “İnter”lə “Bakı” qarşılaşdı. Hərəyə iki dəfə fərqlənən tərəflər paytaxt derbisində 1 xalla kifayətlənməli oldular – 2:2.

“İnter” klubunun məşqçisi Zaur Svanadze oyun haqda bunları dedi:

“Sona kimi gərgin oyun oldu. Nəticənin necə olacağını təxmin etmək mümkün deyildi. İlk hissədə yaxşı oynamadıq, fasilədə isə baş məşqçimiz taktiki dəyişiklik etdi və bundan sonra yaxşı oynadıq. Bu oyun bizim üçün dönüş nöqtəsi olacaq, xalları qazanmağa davam edəcəyik. Heç-heçə bizə çox lazım idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43