Kateqoriyasız

“Heç kim bizimlə maraqlanmayıb” “Xəzər Lənkəran” rəsmisi

“Hələ ki, AFFA-dan bizə heç bir zəng edilməyib. Nə vəziyyətlə maraqlanan olub, nə də problemə kömək edəcək biri”.

Bu sözləri İdmanxeber.com-a açıqlamasında “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

Cənub klubunun rəsmisi AFFA-nın biganəliyindən danışarkən sözlərinə belə davam edib:

“Dünənki məlum hadisədən sonra nə PFL-dən, nə də başqa qurumlardan bu məsələ ilə bağlı rəsmi məlumat yoxdur.  11 il Azərbaycan futbolu üçün çalışmış komandayıq. Klubu AFFA təmizliklə ələ keçirtmək istəsə rəhbərliyin razı olacığını düşünmürəm. AFFA bizə köməkliyi hansısa şərtlər əsasında deyil, bölgə futbolunun inkişafında maraqlı tərəf olaraq etməlidi. Yenə deyirəm bizimlə maraqlanan olmayıb”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43