Kateqoriyasız

“Heç kim məni Azərbaycana getmək fikrindən daşındırmadı” – Essyen

“Səbail”in futbolçusu Maykl Essyen Rusiyanın “Match TV” kanalına açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə,
Qanalı yarımmüdafiəçi Azərbaycanla bağlı təəssüratlarını bölüşüb.  O, ölkəmiz barədə müsbət fikirlər səsləndirib:

“Dostlarımla Bakı haqqında danışanda bu şəhərin harada olduğunu da bilmədilər. Ancaq heç kim məni Azərbaycan çempionatına getmək fikrindən daşındırmadı”.

Qohumlarım buranı yanımda olduqları zaman çox xoşlayırlar. Bakıda ümumiyyətlə, tıxac yoxdur.

Bir neçə il İndoneziyada oynadım, orada nəqliyyatın vəziyyəti 20 qat pisdir. Azərbaycan mətbəxi çox dadlıdır, amma yüksək kalorilidir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43