Layihə

Heçnəsiz tur (LAYİHƏ)

Azərbaycan
Premyer Liqasında 8-ci tur da geridə qaldı. Baş tutan 4 matçda qapılara 8 qol
vuruldu ki, bu da hər oyuna 2 qol deməkdi.

Turun ən çox qol vurulan oyunu…

Son
çempion “Qarabağ” istər Avropa Liqasında, istərsə də daxili
çempionatdakı oyunlarında sanki istədiyi futbolu ortaya qoya bilmirdi. Təbii
ki, “Sumqayıt”la oyunda 3 xalı gətirən 3 qol da hər şeyin ən yaxşı
şəkildə olması anlamına gəlmir. Hər halda “kimyaçılar”ın ilk hissənin
son dəqiqələrdinə kimi yaxşı mübarizə aparıb, nəticəni qorumaq arzusu ani
boşluqdan gələn qolla puç oldu. “Köhlən atlar” bundan sonra rəqibin
çaş-baş müdafiəsindən müksimum istifadə edərək novbəti qolu vurdu. Ndlovunun
oyuna əlavə olunmuş dəqiqələrində vurduğu qol isə matça bir başqa gözəllik
qatdı. 

Hərəyə
1 qol, 1 xal

Turun
mərkəzi görüşü həm də 8-ci turun açılış oyunu idi. Çempionluqa iddialı
“İnter” öz meydanında lider “Qəbələ”ni qəbul etdi.
“Bankirlər”in üstünlüyü şəraitində keçən oyunda Qriqorçukun
yetirmələri 1 xalı güclə də olsa əldə edə bildi. 

Ölkəmizi
Avropa Liqasında təmsil edən “Qəbələ”nin ortaya qoyduğu futbol isə
heç də liderə yaraşan oyun deyildi. Düzdü, burada meydan amilini də ön plana
çəkmək olar. Hər halda təbii meydançada top qovan futbolçuların süni meydanda
istədiyi futbolu ortaya qoymamalarını normal qarşılamaq olar. Hər halda ölkə
futbolunun baş bəlası olan süni meydança amili avrokuboklarda çıxış edən
“Qəbələ”nin iki aparıcı üzvünün sıradan çıxması ilə nəticələndi.

“Neftçi”nin
ürəyi Zirənin küləyinə dözmədi

Ölkənin
ən populyar klublarından olan “Neftçi” aşağı sıralarda möhkəmlənməkdə
davam edir. Hər ötən turdan sonra paytaxt klubunun azarkeşlərinin əsəbləri
tarma çəkilir desək yanılmarıq. “Ağ-qaralar” bu tur Zirədə eyni adlı
klub qarşısında ortaya qoyduğu futbolun bir adı var idi –  BİABIRÇILIQ!
Mövsümə heç də istədiyi kimi start götürməyən Adil Şükürovun yetirmələri
“Neftçi”nin sınıx-salxaq durumundan maksimum yararlanaraq, qonaqları
məğlub etdi. 

Gəncəyə
3 xalla…

“Kəpəz”
Şüvəlanda autsayder AZAL-ı Ebahın son dəqiqələrdə vurduğu qolla məyus edib, 3
xalı Gəncəyə apardı. Hərçənd Şahin Diniyevin komandasının bu oyunda belə
çətinliklə qarşılaşacağı gözlənilmirdi. 8 turda nəinki qələbə qazanmayan, hətta
qol vurmağı unudan “təyyarəçilər”in Tərlan Əhmədovun postunda
bərkiməsi üçün xal qazanmaq istəyi sadəcə 83-cü dəqiqəyə kimi davam etdi.
Şüvəlanda səhnəyə çıxan Ebah bu planın da baş tutmasına imkan vermədi.

Tur ümumilikdə qeyri-adi heç nə ilə diqqət mərkəzinə düşmədi. Baş tutan oyunlarda favorit göstərilən komandalar qələbə qazanmaqla xal ehtiyatını artırdı. Hətta bu tur turnir cədvəlində də heç bir dəyişikliyə səbəb olmadı.

Fariz Əkbərov

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Millimizə azarkeş marağı necə oldu? – LAYİHƏ

admin

Həvəsin bol olduğu çempionat! (VİDEO)

admin

“Qarabağ”dan uğurlu start, “Qəbələ” şansı cavab matçına saxladı (LAYİHƏ)

admin