Ölkə futbolu

“Həftə ərzində futbolçularımın matça necə hazırlaşdığını görüb qürur duyurdum”

Azərbaycan Premyer Liqasının XXXII turunun mərkəzi oyununda “Qəbələ” “Qarabağ”ı qəbul etdi. Oyun 1-1 hesablı heç-heçə ilə başa çatdı.

Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi): “Bu gün çox gözəl sözlər söyləmək istəyirəm. Mən gözəl oyun nümayiş etdirən futbolçularımla fəxr edirəm. Həftə ərzində futbolçularımın matça necə hazırlaşdığını görüb qürur duyurdum. Gərgin işin yekununda biz bu gün məğlub olmadıq. Mən bu gün hakimlikdən narazı qalmadım. Hakimlər oyunu yaxşı və peşəkar səviyyədə idarə etdilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43