İdman

“Hələ tam hazır deyiləm” – “Zirə”nin yeni transferi

“Zirə”nin yeni transferi Pərdis Fərcad-Azad keçidi ilə bağlı təəssüratlarını bölüşüb.

İdmanxeber.com-un klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, dünən yeni komandasının heyətində Giresunspor”la yoxlama oyununda (0:0) meydana çıxan 30 yaşlı hücumçu hələ tam hazır olmadığını söyləyib:

“Zirə”yə gəldiyim üçün çox şadam. Baş məşqçi məni komandasında görmək istəyirdi. Sonda alındı. İnanıram ki, bu mövsüm yaxşı oynayıb, uğurlu nəticə qazanacağıq. Bu, “Zirə”də ilk oyunum idi. Tam hazır deyiləm. Ümid edirəm ki, toplanışdan sonra hər yaxşı olacaq və tam formaya düşəcəyəm. Hazırda komanda da yaxşı vəziyyətdədir. “Zirə”də olduğum üçün sevinirəm”.

Qeyd edək ki, P. F. Azad “Zirə”dən əvvəl 2 il “Keşlə”nin formasını geyinib. İran əsilli futbolçu mövsümün sonunda bu komandadan göndərilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43