Dünya futbolu

Həmyerlimiz “fərqləndi”, komandası heç-heçə etdi

Hollandiya Jupiler Liqasında 31-ci turun oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, həmyerlimiz Ziya Əzizovun şərəfini qoruduğu “Den Boş” doğma meydanda “Valveyk”lə qarşılaşıb. Oyun 1:1 hesablı bərabərliklə nəticələnib.

Oyuna start heyətində başlayan Əzizov 77-ci dəqiqədə əvəzlənib. Bundan 3 dəqiqə öncə isə o, sarı vərəqə ilə cəzalandırılıb.

31 oyundan sonra hesabında 38 xal olan “Den Boş” 20 komanda arasında 12-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43