Ölkə futbolu

Həmyerlimizin komandası doğma meydanda xal itirdi

İsveç çempionatında 13-cü turun oyunları keçirilib. 

İdmanxeber.com xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası – “Kalmar” da növbəti matçına çıxıb.

Təxminən bir aylıq fasilədən sonra doğma meydanda AİK-lə qarşılaşan “Kalmar” bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1.

 

Emin zədəli olduğu üçün bu görüşün iştirakçısı olmayıb. “Kalmar” geridə qalan turlarda topladığı 17 xalla 16 klub arasında 10-cu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43