Kateqoriyasız

Hendrik Ekşteyn “Səbail”də – Rəsmi

Ötən ay “Sabah”dan ayrılan Hendrik Ekşteyn karyerasını yenidən ölkəmizdə davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, cənubi afrikalı yarımmüdafiəçi “Səbail”ə keçib. Bu barədə klubun rəsmi Feysbuk səhifəsi məlumat yayıb. Onunla 1.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 28 yaşlı futbolçu ötən ilin avqustundan dekabrına qədər “Sabah”da  çıxış edib. O, bu mövsüm keçirdiyi 16 oyunda (13 Premyer Liqa, 3 ölkə kuboku) 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43