Kateqoriyasız

Henri “Turan Tovuz”da – RƏSMİ

“Turan Tovuz” heyətinə daha bir futbolçu cəlb edib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi Henri Okebuqvu ilə 1 illik müqavilə bağlanıb.

Karyerasını əsasən Albaniya çempionatında keçirən 24 yaşlı futbolçu “Eqnatiya”, “Partizani”, “Kastrioti”də forma geyinib.
Henri Nigeriyanın aşağı yaş qrupları üzrə milli komandalarında da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43