Dünya futbolu

“Həqiqətən onların dəstəyinə ehtiyacımız var”

"Hollandiya ilə oyuna təxminən 50 min azarkeşin gələcəyi gözlənilir. Həqiqətən onların dəstəyinə ehtiyacımız var".

Bu sözləri sabah Hollandiya millisi ilə qarşılaşacaq olan Türkiyə yığmasının baş məşqçisi Fatih Terim deyib. "İmperator" bu oyunun Türkiyə futbol tarixinin ən vacib qarşılaşması olduğunu deyib.

"Qələbə qazanmaq üçün arzu və istəyimiz də olmalıdır. Azarkeşlərimiz eyni zamanda futbolçularımın edəcəyi hər hansı bir səhvi də səbirlə qarşılamalıdırlar. Estoniya ilə oyunda 3 xal qazanmaqla şansımızı davam etdiririk. Hollandiya ilə oyun isə Türkiyə futbol tarixinin ən vacib qarşılaşmasıdır".

Qeyd edək ki, Türkiyə – Hollandiya oyunu sabah axşam, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43