Müsahibə

“Hər dəfə 0:5 yada düşəndə yenidən onlara qarşı oynamaq istəyirəm” (MÜSAHİBƏ)

17 yaşadək futbolçulardan ibarət millimizin və “Xəzər Lənkəran”ın futbolçusu İbrahim Qədirzadənin İdmanxeber.com-a müsahibəsi.

– AVRO-2016-nın qrup mərəhləsində 4 xal topladınız. Lakin buna baxmayaraq bu xal qrupdna çıxmağınıza bəs etmədi. Ümumiyyətlə çıxışınız haqda nə deyərdin?

Avropa çempionatına yaxşı hazırlaşmışdıq. Əvvəlcədən oyunların çətin keçəcəyini bilirdik. İlk oyun istədiyimiz kimi olmadı. Erkən qollar sanki bizi sonradan toparlanmağa qoymadı. Həm də rəqibin güclü olması oyunumuzu göstərməyə imkan vermədi. Hər dəfə 0:5 yada düşəndə yenidən onlara qarşı oynamaq istəyirəm.

– Səncə, ilk oyununuzun alınmamağında stadion amili rol oynadımı?

Xeyir, çoxları elə düşünür, amma elə deyil.  Oyunumuzun alınmamasına səbəb həm erkən qollar, həm də rəqibin güclü olması idi.

– “Xəzər Lənkəran”da daima əsas heyətdə oynasan da yığmada ehtiyatda qalırdın. Təbriz Həsənov sənin oyununu bəyənmirdi, yoxsa…?

Deməzdim ki, oyunumu bəyənmir. Əsas olan Avropa çempionatı idi, orda da oynatdı. Demək ki, güvənib oynadıb. Düzdü, oyunumda narazı olduqu tərəflər çoxdu.

–  Belçika ilə oyunda qapıçımız zədələndikdən sonra sanki komanda öz oyununu itirdi. Meydançada nə edəcəyini bilmirdi… Sənə elə gəlirmi ki. qapımıza vurulan qola səbəb bu oldu? 

Təbii ki, belə halın olacağını heç kim arzulamaz. Amma ehtiyatda bildiyiniz kimi Kamran var idi.  O da hər zaman hazırdır. Deməzdim ki, qapıçımızın zədələnməsi və matçı yarımçıq tərk etməsi oyunumuza təsir etdi. Qola gəldikdə isə, müdafiəçinin etdiyi səhv idi ki, qapımızda qol gördük. Özümüzdə güc tapıb hesabı bərabərləşdirə bilmişiksə, bu bizim meydanda düzgün iş görməyimizin göstəricisidir.

– Klubun “Xəzər Lənkəran” turnir cədvəlinin zirzəmisindədi. Çempionatı tərk etmək kimi qorxunuz var. Komandnaı belə zəif oynamasında başlıca səbəb nədi?.

Deməzdim ki, “Xəzər Lənkəran” zəif çıxış edir. Bütün oyunlarda mübarizə aparırırq. Sadəcə bizdə çatışmayan qol vurmaq və qələbə qazanmaqdır. Düzdü, elə oyunlar olub yaxşı oynamamışıq . Sona 2 tur qalıb. “Sumqayıt”la oyunda qalib gəlib, yerimizi qorumaq istəyirik. “Rəvan”la qarşılaşma isə final oyunu kimi olacaq.

Nurlan Cəfərov



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43