Ölkə futbolu

“Herta” – “Qəbələ” matçına macar hakimlər

UEFA Gənclər Liqasının ikinci mərhələsində keçiriləcək “Herta” (U-19)- “Qəbələ” (U-19) cavab oyununa hakim təyinatları açıqlanıb.

Görüşü Macarıstan Futbol Federasiyasından olan hakimlər briqdası idarə edəcək. Oyunun baç hakimi Ferenç Karako köməkçiləri isə Tibor Tsatari və Norbert Bornemissza olacaq. Dördüncü hakim funksiyasını isə almaniyalı Lasse Koslovski yerinə yetirəcək.

Qeyd edək ki, “Herta” – “Qəbələ” matçı noyabrın 28-i Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Bu komandalar arasında Qəbələdə keçirilən ilk görüş Almaniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43