08 Sentyabr 2024
Kateqoriyasız

Həsən Əliyev: “Döşəyə çıxmaq istəmirdim”

"İndiyə kimi iştirak etdiyim Olimpiyadalaırn ən gözəli Azərbaycanda keçirilir. Həqiqətən çox gözəl bir yarışdı".

Bu sözləri idmanxeber.com-a açıqlamasında yunan-Roma güləşçimiz Həsən Əliyev deyib.

Ötən gün erməni idmançıya uduzmaqla finala vəsiqə qazana bilməyən Əliyev məlum yenilgini belə izah edib:

"Bu idmandı, udmaq da olar, uduzmaq da… Bu idmançıyla ikinci dəfə idi qarşılaşırdım. Birinci dəfə mən udmuşdum, indi də o uddu. İstəməzdim belə olsun. Biraz həyəcan, stress mənim zəif çıxışıma səbəb oldu. Özüm də gözləmirdim uduzacağımı. Üçüncü yer uğurunda döyüşə də çıxmaq istəmirdim. Özümü döşəyə çıxmağa sığışdırmırdım. Başımı ona görə aşağı saldım ki, millət bilet alıb, gəlib bizim oyunumuza baxır, dəstək verir, mən də  ümidləri doğrultmadım. Məhz buna görə utanırdım".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43