Kateqoriyasız

Həsənov Lənkərana, Ağayev Bayıla – TƏYİNATLAR

Azərbaycan kuboku yarımfinal mərhələsinin cavab oyunlarına hakim təyinatları açıqlanıb.

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Rəvan” – “Neftçi” matçı Əliyar Ağayevə, “Xəzər Lənkəran” – “Qəbələ” oyunu isə Rəhim Həsənova tapşırılıb.

24 aprel (cümə axşamı)
“Rəvan” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Zeynal Zeynalov, Orxan Məmmədov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov
“Bayıl Arena” stadionu, 17:00 (canlı, “İdman Azərbaycan”)

“Xəzər Lənkəran” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Yaşar Abbasov, Vüsal Əliyev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Gülağa Cabarov
“Xəzər Lənkəran” mərkəzi stadionu, 19:00


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43