Kateqoriyasız

Həsənov “Şaxtyor”da – – FOTO

“Rəvan” Futbol Klubunun aşağı yaş qrupları üzrə koordinatoru vəzifəsində çalışan Bəhmən Həsənov Ukraynanın Donetsk şəhərində işgüzar səfərdə olub. 

Mütəxəssis “Şaxtyor” Futbol Akademiyasında olub, onların iş prinsipləri və məşq metodları ilə yaxından tanış olub.

Orada “Şaxtyor” Futbol Akademiyasının direktoru Aleksandr Funderatla görüşən və fikir mübadiləsi aparan Bəhmən Həsənob donetsklilərin gənclərdən ibarət (əvəzedici) komandasının baş məşqçisi Migel Kardoso ilə də görüş keçirib. Akademiyanın işi ilə ətraflı şəkildə tanış olan Həsənov hazırda “Şaxtyor”da işləyən “Simurq”un sabiq üzvü Mixael Storastyakla da görüşüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43