12 Dekabr 2019
Layihə

Həvəsin bol olduğu çempionat! (VİDEO)

Ötən həftə həvəskarlar liqasında 1/4 finalın cavab matçlarının həyəcanı yaşandı.

İdmanxeber.com kollektivi bu matçlardan daha prinsipialı olan "Şanxay" (Bakı) – "Çağırğan" (Sabirabad) qarşılaşmasın izləmək üçün "İnter Arena"ya yollandı. Oyun gözlənildiyi kimi gərgin və bolqollu keçdi.

İlk matçda son dəqiqə qolu ilə qələbə qazanan Sabirabad klubu cavab matçında 2 toplu üstünlüyünü qoruya bilməsə də, sonda yarımfinala vəsiqə qazanan tərəf oldu – 2:2.

Yarandığı ilk ildəcə 1/4 finala yüksələn, kubokda isə yoluna davam edən bakılıların sərgilədiyi futbol isə göz oxşamaya bilməzdi. Hazırda paytaxt komandasında top qovan və liqanın 21 qolla bombardiri olan Elsevər Əliyev və komandanın baş məşqçisi Fariz Əklbərovun fikirləri, eləcə də matçın qolları ilə hazırladığımız aşağıdakı videoda tanış ola bilərsiniz.

Sonda onu da qeyd edək ki, oyunu stadiondan 150-dən çox azarkeş izləyirdi.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir". 
 

Oxşar xəbərlər

Divizion reallığı (LAYİHƏ)

admin

LAYİHƏ: “Qarabağ” – “Neftçi” (PREVYU)

admin

Liderlərə “Sumqayıt” nümunəsi, hakimlər “İnter”i necə “yıxır”? (LAYİHƏ)

admin