29 Sentyabr 2020
Kateqoriyasız

“Heyəti gücləndirməyimiz vacibdi” – Elmar Baxşıyev

Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirən “Qəbələ” Rusiyanın “Çayka” klubuna 3:0 hesabı ilə qalib gəlib.
İdmanxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyev matç barədə fikirlərini klub saytına açıqlayıb:
“Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirdik. Bu görüşlər komanda üçün çox faydalıdı. Çünki baş tutan qarşılaşmalarda bütün futbolçulara şans veririk. Bu, onların hazırkı durumunu bilmək, həm də oyunçulardan bəzilərini müxtəlif mövqelərdə yoxlamaq imkanı verir. Qış fasiləsində heyəti gücləndirməyimiz vacibdi”.
Baxşıyev toplanış barədə də fikirlərini bölüşüb: “Antalya toplanışının ilk həftəsini arxada qoymuşuq. Bu 7 gün ərzində hər şey qaydasında, məşq prosesi plan üzrə gedir. Komanda üzvləri məşqlərdə verilən tapşırıqları əzm və istəklə yerinə yetirirlər. Oyunçuların hazırlıq prosesinə belə yanaşması bizi sevindirir”.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Çelsi”də ciddi itki: Bakıya gəlməyəcək

admin

PFL-də struktur dəyişikliyi

admin

“Kəpəz” “Qarabağ”a, “Zaqatala” “Neftçi”yə qalib gəldi

admin