Kateqoriyasız

“Heyət güclənməli, genişlənməlidi” – Elmar Baxşıyev

Azərbaycan Premyer Liqasının XI turunun “Qəbələ” – “Sumqayıt” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 41 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Bizi qarşıda ağır oyun gözlədiyini bilirdik. “Sumqayıt” təşkilatlanmış, öz dəst-xətti ilə seçilən komandadı. Oyuna yaxşı başlamasaq da, ikinci hissədə futbolçular toparlandılar. Komanda meydanda əzmkarlıq göstərərək layiqli qələbə qazandı. Millinin oyunları ilə əlaqədar fasilə yaranmışdı. Yoxlama görüşü də keçirməmişdik. Zədəlilərimiz çox olduğundan heyətlə bağlı sıxıntımız var idi. Buna görə də oyun planında çətin olacağını bilirdik. İkinci hissə göstərdi ki, komanda öz oyununu qaytara bilir. Ülvi İsgəndərov start heyətdə oynayanda da effektini görürük. Amma belə alınır ki, sonradan daxil olanda qollar vurur. O, potensialı üstün olan hücumçudur. Düşünürəm ki, Ülvi daha yaxşı ola bilər. Bu komandanı formalaşdıranda da üstün xarakterə malik oyunçulara sahib olmuşuq. Əlbəttə, heyət daha da güclənməli, genişlənməlidir. İmkan yaranarsa, yeni oyunçuların qoşulmağını istəyərdim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43