İdman

“Heydər Əliyev -100” Beynəlxalq Minifutbol Turniri: millimizdən qələbə – VİDEO

Azərbaycan millisi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün növbəti oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, yığma A qrupundakı 3-cü sınağında Gürcüstanla qarşılaşıb. Bakı Tennis Akademiyasında baş tutan qarşılaşma Azərbaycanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Milli komanda bu nəticədən sonra 7 xalla liderliyə yüksəlib. 3 xalı olan Gürcüstan isə 4-cü sırada qalıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43