Dünyadan

Heyətində azərbaycanlı olan klubun erməni məşqçisi istefa verdi

Mahaçqala “Anji”sinin baş məşqçisi Aleksandr Qriqoryan tutduğu vəzifədən istefa verib.

İdmanxeber.com-un məlumatına görə, bu haqda erməni mütəxəssis Premyer Liqada “Dinamo”ya evdəki məğlubiyyətdən (1:3) sonra klubun saytına açıqlamasında deyib: “Uğursuz çıxışlardan sonra məşqçi özündə hünər tapıb istefaya getməlidir”.

Qeyd edək ki, “Anji” əslən azərbaycanlı futbolçu Ayaz Quliyev çıxış edir.


Əlavə edək ki, “Anji” turnir cədvəlində 6 turdan 16 komanda arasında 15-ci yeri tutur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43