Ölkə futbolu

Höccət Hacıyev: “Əgər rəhbərlik istəsə yeni futbolçu alınacaq”

“Müdafiə xəttinə yeni oyunçu lazımdı. Bu işlərlə Mario Souza məşğul olur”.

Bu sözləri idmanxeber.com-a “Xəzər Lənkəran” klubunun icraçı direktoru Höccət Hacıyev deyib.

Klub rəsmisi bildirib ki, əgər rəhbərlik istəsə o zaman yeni transfer baş tuta bilər:

“Bizə azad agent statusuna malik futbolçu lazımdı. Əgər rəhbərlik istəsə yeni futbolçu alınacaq. Ancaq bugünkü gündə dəqiq nəsə demək çətindi. Hələ ki, yeni bir şey yoxdu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43