Ölkə futbolu

Höccət Hacıyev: “Bu belə də qalacaq”

"Xəzər Lənkəran" Premyer Liqada göstərdiyi qeyri-stabil oyun qarşılığında yeddinci pillədə qərarlaşıb.

İdmanxeber.com-un məlumatına görə, kubokda yarımfinala adlayan Cənub klubunun çempionatda hər hansı bir yerə deməık olar ki, iddiası qalmayıb. Bəs görəsən maraqlıdır, mövsümün bitiminə 7 tur qalmış çempionatda heç bir yerə iddiası olmayan "Xəzər Lənkəran"ın ev oyunlarına bilet yenə 2 manat olacaq?

Klubun icraçı-direktoru Höccət Hacıyev saytımıza açıqlamasında biletin qiymətinin dəyişməyəcəyini bildirib:

"Düzdü, çempionatda demək olar ki, iddiamız qalmayıb. Ancaq biletin qiymətində də hər hansı bir dəyişiklik olunmayacaq. Mövsümün son oyununa kimi bilet 2 manat olacaq. Bu belə də qalacaq".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43