Kateqoriyasız

Höccət Hacıyev: “Onlar da bu cür iyrənc futboldan zövq almazlar”

"Stamenkoviç yenə kubokun finalındakı hərəkətlərini təkrarladı. Hakimlər hara baxır bilmirəm. Bu hakimliklə hara gedirik, bilmirəm".

Bu sözləri idmanxeber.com saytına açıqlamasında "Xəzər Lənkləran"ın icraçı direktoru Höccət Hacıyev deyib.

Cənub klubunun rəsmisi hakimliyin aşağı səviyyədə olduğu oyun haqda danışarkən, daha sonra bunları deyib:

"Naxçıvan camaatı uzun müddətdi ki, futbol görmürdü. Bu cür oyunlar Naxçıvanda, ümumilikdə bölgələrdə keçirilməsi yaxşı haldı. Bölgələrdə futbolun inkişafını istəyiriksə bu cür oyunları belə yerlərdə keçirməliyik. Ancaq hakimlərin bu cür biabırçı qərarları Naxçıvan futbolsevərlərinin də diqqətindən qaçmadı. Onlar da bu cür iyrənc futboldan zövq almazlar. Bu oyunu bu hala salan hakimlər oldu".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43