28 Noyabr 2022
Kateqoriyasız

Hollandiya çempionatında mövsüm ləğv edildi

Koronavirus pandemiyasına görə dayandırılan Niderlend Erediviziyası ləğv edilib.

Yarışın saytı bu mövsüm çempionun müəyyənləşməyəcəyini və Erediviziyanı tərk edən klubun olmayacağını açıqlayıb.

Gələn mövsüm çempionatda indiki 18 klub mübarizə aparacaq. Avrokuboklara vəsiqələr hazırkı turnir cədvəlinə əsasən müəyyənləşib: lider “Ayaks” Çempionlar Liqasının pley-off mərhələsində, 2-ci pillədəki “AZ Alkmar” ÇL-in 2-ci təsnifat mərhələsində, 3-cü yerdəki “Feyenoord”  Avropa Liqasının qrup mərhələsində, növbəti yerlərdəki PSV və “Villem II” isə AL-nin 2-ci təsnifat mərhələsində mübarizə aparacaq.

Niderland kubokunun “Utrext” – “Feyenoord” finalı ləğv edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

AFFA-nın Konfransı keçirilir

Səxavət Qurbanov

“Qəbələ”dən rekord

admin

“Neftçi” Korreanı transfer etdi – rəsmi

admin