Millətlər Liqasının A divizionunda ikinci finalçı məlum olub.
İdmanxeber.az-ın məlumatına görə, Portuqaliyada keçirilən yarımfinalda Hollandiya ilə İngiltərə üz-üzə gəlib. 4 qolun vurulduğu matçda “zambaqlar ölkəsi” əlavə vaxta finala vəsiqəni qazanan tərəf olub.
Qeyd edək ki, finalın digər iştirakçısı Portuqaliya yığmasıdır.
6 iyun
22:45. Hollandiya – İngiltərə – 3:1
Qollar: M. Reşford, 32-penalti (0:1), De Liqt, 73 (1:1), Uolker, 97-avtoqol (2:1), Promes, 114 (3:1)
Gimaraynş. Afonso Enrike stadionu