25 Yanvar 2020
Kateqoriyasız

Hollandiyalı referi millimizdən üzr istədi

Macarıstan və Azərbaycan yığmaları arasındakı Avro-2020-nin seçmə qrup matçının baş hakimi Dennis Higler səhvini etiraf edib.

Hollandiyalı referi Azərbaycan millisinin təmiz qolunu saymadığı üçün üzr istəyib.

O, qarşılaşmanın ardından mübahisəli epizodun videosuna baxdıqdan sonra baş məşqçi Nikola Yurçeviçə yaxınlaşıb. Higler Bəhlul Mustafazadənin qolunu saymamaqla səhvə yol verdiyini boynuna alıb və üzrxahlığını çatdırıb.

Qeyd edək ki, görüş Macarıstanın qələbəsi ilə yekunlaşıb – 1:0 (Report).

Oxşar xəbərlər

“Sevilya” Bakıya bu heyətlə gəlir – FOTO

admin

“Qarabağ”la oyun bizim üçün son şansdır”

admin

Azərbaycan – Xorvatiya: biletlər satışda

admin