Ölkə futbolu

Hollandiyanın məşhur klubu azərbaycanlı futbolçuya “elçi” düşdü – ÖZƏL

“İnter”in gənc futbolçusu Coşqun Diniyev Hollandiyanın “Vitess” klubunun maraq dairəsinə düşüb.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, klubun skautları ötən gün keçirilən “Kasımpaşa” – “İnter” oyununa məhz Diniyevi iş başında görmək üçün təşrif buyurmuşdular. 

Coşqun saytımıza açıqlamasında sözügedən klubdan təklif alacağı təqdirdə dəyərləndirəcəyini bildirib:

“Düzü xəbərim yoxdu bu barədə. Ancaq Hollandiya çempionatı tanınmış liqalardandı. Əgər bu liqadan mənə təklif gəlsə niyə də dəyələndirməyim?”

Qeyd edək ki, Diniyev öncəki açıqlamalarında da ölkə xaricində çıxış etmək arzusunda olduğunu bildirmişdi. 

Səxavət Qurbanov

Antalya


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43