Ölkə futbolu

Hroşovski: “Belə qol imkanını qaçırdığıma heyfslənirəm”

“Belə qol imkanını qaçırdığıma təəssüflənirəm. Lakin qapımızı toxunulmaz saxladığımız üçün 0:0 hesabı da pis deyil”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Çexiyanın “Viktoriya” klubunun futbolçusu Patrik Hroşovski deyib.

 

O, Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la ev oyunu (0:0) haqda fikirlərini açıqlayıb: “Qarabağ”ın nəticələrinə baxanda rəqibimizin necə güclü komanda olduğunu bilmək olur. Amma səfər oyununda da hər şey öz əlimizdədi. Düşünürəm ki, şanslarımız matçdan əvvəl olduğu qədərdi və bu heç-heçə nəyisə dəyişməyib. Mənə elə gəlir ki, komandamıza ön xətdə özünəinam çatmırdı. Lakin bu da başadüşüləndi. Mövsümün ilk matçını keçirirdik. Oyundan-oyuna daha yaxşı təsir bağışlayacağımıza inanıram. Belə olanda qollar da bir-birini sıralayacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43