27 Fevral 2024
Ölkə futbolu

“Hücumçularımdan daha yaxşısını gözləyirəm” – Adrian Mutu

“Öncə, ağır qəzaya düşən Peşəkar Futbol Liqasının əməkdaşlarının tezliklə sağalmalarını arzulayıram və onlara şəfa diləyirəm. Çətin oyun idi, güclü rəqibə qarşı oynayırdıq. Futbolçularım meydanda komanda şəklində sona qədər əzmkar mübarizə aparmağa çalışdılar. Məğlub olmağımız utancvericidir. İstəyirdik ki, nəsə edək. Amma uduzduq”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “ağ-qaralar”ın baş məşqçisi Adrian Mutu matçdan sonra keçirilən mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:

“Bütün oyunlar çətindir.;Beşli müdafiəyə keçmək strategiya idi. Amma keçmədik. Bu gün “Neftçi”də hücum xəttində nə qədər oyunçu varsa, hamısını meydana buraxmışdım. Hücumçularımdan daha yaxşısını gözləyirəm. Onlar irəlidə topu daha çox saxlamalıdılar ki, komandaya kömək olsunlar. Bu vəziyyətdən çıxış yolu tapmaq lazımdır. Olanarenin performansına gəlincə, söhbət təkcə ondan getmir. Ümumi hücumçulardan gedir. İstəyərdim ki, qollar vursunlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43